- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Satış komandasının fəaliyyətini idarə etmək, iş bölgüsünü aparmaq və nəticələrə nəzarət etmək;
- Satış hədəflərini müəyyənləşdirmək və onların yerinə yetirilməsini təmin etmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə işgüzar münasibətlərin inkişaf etdirilməsi;
- Bazar araşdırması aparmaq, rəqibləri təhlil etmək və satış imkanlarını müəyyənləşdirmək;
- Müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək;
- Satış göstəricilərini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış proseslərinin optimallaşdırılması və satış həcminin artırılması istiqamətində tədbirlər görmək;
- Satış komandasının motivasiyasını artırmaq, əməkdaşların inkişafını və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək;
- Müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə nəzarət etmək;
- Digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq və şirkətin ümumi hədəflərinə nail olunmasına dəstək vermək.
Elan yüklənir